11 dekabr 2024 - cü il tarixində İsmayıllı Uşaq-Gənclər İdman-Şahmat Məktəbində Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin İsmayıllı Təhsil sektorunun və İsmayıllı UGİŞM-nin birgə təşkilatçılığı ilə "12 Dekabr - Ümummilli Lider Heydər Əliyevin Anım Günü"nə həsr olunmuş şahmat idman növü üzrə məktəblilər (oğlanlar) arasında xatirə turniri keçirildi.
???????? İlk öncə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükütla yad edildi.
Sonda qaliblər DŞRGİİ-nin diplom və medalları ilə təltif olundu.
Manaflı Ömər Vüqar oğlu;
Atayev Qafur Eldəniz oğlu;
Məcidov Nihat Rüstəm oğlu;
Hacıyev Nihat Elşən oğlu.
