12 dekabr 2024 -cü il tarixində Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin Qobustan rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə Qobustan şəhər Mədəniyyət Evində Ümummilli Lider Heydər Əliyevin anım günü münasibətilə “Heydər Əliyev və müasir Azərbaycan gəncliyi” mövzusunda seminar keçirilib.
Tədbirin keçirilməsində məqsəd Ulu Öndərin anım gününün qeyd edilməsi,gənclər arasında Heydər Əliyev siyasi irsinin təbliğ olunmasından,onun Azərbaycan dövləti və xalqına göstərdiyi xidmətlər barədə gəncləri məlumatlandırmaqdan ibarətdir.
İlk öncə Ümummilli Lider Heydər Əliyevin və vətən uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Daha sonra Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin Qobustan rayonu üzrə gənclər və idman sektorunun baş məsləhətçisi E.Salmanov və Qobustan şəhər Mədəniyyət Evinin metodisti Rəfail Məmmədli Heydər Əliyevin dahi şəxsiyyət, uzaqgörən lider, cəsarətli insan olduğunu ,onun həmişə xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasına, milli mədəniyyətimizin inkişafına, xalqın adət-ənənələrinin zənginləşdirilməsinə çalışdığını vurğulayıblar.Hakimiyyətdə olduğu müddətdə o,dövlətin müstəqilliyi,ərazi bütövlüyü uğrunda müxtəlif tədbirlər görüb,bütün sahələrə,o cümlədən gənclər siyasətinə də xüsusi diqqət ayırıb. Heydər Əliyev bütün həyatını xalqa sədaqətlə xidmətə həsr edərək öz fəaliyyətində həmişə xalqa arxalanıb, ən çətin anlarda ona müraciət edib və Azərbaycan xalqı heç vaxt ondan dəstəyini əsirgəməyib.
#gənclərvəidmannazirliyi #birkimibirlikdə
#AZEgənclər #AZEidman #UluÖndər
#AnımGünü
