10 iyul 2024-cü il tarixində Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin Qobustan rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə Şəhid Fədail Nadirov adına İstirahət Parkında "İdman hamı üçün" layihəsi çərçivəsində "Atletika hamı üçün" idman tədbiri keçirilib.
Tədbirdə qaçış həvəskarlarına atletikanın qaçış növünün texnikası və insan orqanizminə faydası haqqında ətraflı məlumat verilib.
Tədbirin keçirilməsində məqsəd uşaqlar və yeniyetmələr arasında atletikanın bu növünə marağın artırılması, sağlam həyat tərzinə çağırış və asudə vaxtın səmərəli təşkilidir.
Tədbirə qoşulan 20 yeniyetmə isinmə hərəkətlərini yerinə yetirdikdən sonra, açıq hava şəraitində kross qaçışı həyata keçiriblər.
#AZEgənclər #AZEidman #birkimibirlikdə