15 iyul 2024-cü il tarixində Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin Qobustan rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə Şəhid F.Nadirov adına istirahət parkında “Dini radikalizm və ekstremizmlə mübarizə ” mövzusunda maarifləndirici tədbir keçirilib.
Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin Qobustan rayonu üzrə gənclər və idman sektorunun baş məsləhətçiləri E.Salmanov, N.Cəfərova çıxış edərək dini radikalizm və onun fəsadları, cəmiyyətə vura biləcəyi zərbələrin acı nəticələri barədə tədbir iştirakçılarına ətraflı məlumat verərək radikalizmin qarşısının alınmasının önəmini qeyd ediblər. Həmçinin ,UGİM-nin baş məşqçi-müəllimi Ş.Səfərli də mövzu haqqında fikirlərini bildirmiş, gənclərə tövsiyələrini vermişdir.
Tədbirin keçirilməsində məqsəd gənclər arasında humanizm və sülhsevərlik dəyərlərinin təbliği istiqamətində müsbət addımların atılması,dini radikalizm və onun fəsadları haqqında maarifləndirmək olmuşdur.
#AZEgənclər #AZEidman #birkimibirlikdə