17 iyul 2024-cü il tarixdə Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin Ağsu rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə Ağsu İdman Kompleksində "İdman hamı üçün" layihəsi çərçivəsində cüdo idman növü üzrə ustad dərsləri keçirildi.
Ustad dərsləri idman ustası Samir Şixaliyevin rəhbərliyi altında baş tutdu. Tədbir zamanı uşaq və yeniyetmə idmançılara məşqçi-müəllim tərəfindən müxtəlif fəndlər göstərildi və cüdo idman növü ilə bağlı ətraflı məlumatlar verildi.
Tədbirin təşkilində məqsəd cüdo idman növünə marağın artırılması, sağlam həyat tərzinə çağırış və asudə vaxtın səmərəli təşkili olmuşdur.
#AZEgənclər #AZEidman #birkimibirlikdə