25 may 2024-cü il tarixində Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin Şamaxı rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə Şamaxı Şirvan Güləş Klubunda "28 may Müstəqillik Günü"nə həsr olunmuş Cüdo idman növü üzrə 2008-2010-cu il təvəllüdlü yeniyetmələr arasında rayon turniri keçirildi.
Yarışın keçirilməsində əsas məqsəd "28 may Müstəqillik Günü"-nün qeyd edilməsi və rayonda cüdo idman növünün yeniyetmələr arasında təbliği və kütləviliyinin artırılmasıdır.
Turnirdə 94 nəfər idmançı 8 çəki dərəcəsində qalib adı uğruda mübarizə aparırdı. Qaliblər Dağlıq Şirvan Gənclər və İdman İdarəsi tərəfindən müvafiq diplom və medallarla təltif olundular.