




04 mart 2024-cü il tarixdə Ağsu şəhər 5 nömrəli tam orta məktəbdə Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin Ağsu rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə basketbol idman növü üzrə məşğələ keçirilmişdir.
Məşğələ Uşaq-Gənclər İdman-Şahmat məktəbinin məşqçi-müəllimi Ziyad Kazımlının rəhbərliyi ilə baş tutmuş, məşqçi-müəllim gənclərlə basketbol idman növü ilə bağlı təcrübə və biliklərini paylaşmışdır.
Tədbirin təşkilində məqsəd rayonda basketbol idman növünə olan marağın artırılması, idmanın inkişafının dəstəklənməsi və sağlam həyat tərzinin təbliği olmuşdur.