05 aprel 2024-cü il tarixdə İsmayıllı rayon Heydər Əliyev Mərkəzində Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin və İsmayıllı Təhsil sektorunun birgə təşkilatçılığı ilə “Aprel döyüşləri”nə həsr olunmuş “Zəfərə gedən yol” mövzusunda esse müsabiqəsi keçirilib.
Tədbirin keçirilməsində əsas məqsəd “Aprel döyüşləri” şəhidlərinin xatirəsinin daim yad edilməsi, məktəblilərin biliklərinin qiymətləndirilməsi, istedadların aşkarlanması və üzə çıxarılması olub.
Tədbirdə Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin rəis müavini Fərhad Qurbanov və idarə əməkdaşları, İsmayıllı Təhsil sektorunun metodisti Ülviyyə Zeynalova, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı İsmayıllı rayon komitəsinin sədri Hafiz Kərimov və məktəblilər iştirak ediblər.
İlk öncə aprel döyüşlərində, eyni zamanda Vətən uğrunda gedən digər döyüşlərdə şəhid olmuş igid Azərbaycan oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra çıxışçılar böyük zəfərin öz başlanğıcını “Aprel döyüşlərin”dən götürdüyünü və Azərbaycan xalqına qələbənin bəxş edilməsi ilə ərazi bütövlüyün təmin edilməsindən söz açaraq, məktəblilərə mövzu ətrafında öz mülahizələrini və biliklərini qələmə almalarını bildiriblər.
Çıxışlardan sonra esse müsabiqəsi davam etdirilib.
Qeyd edək ki, qaliblər müəyyən olunduqdan sonra Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin diplomları ilə təltif olunacaqlar.