Sizin reklam burada
Sizin reklam burada

“Bədən Tərbiyəsi və İdman günü” münasibətilə rayonun idman ictimaiyyəti ilə görüş keçirmişdir

 “Bədən Tərbiyəsi və İdman günü” münasibətilə rayonun idman  ictimaiyyəti  ilə  görüş  keçirmişdir
 “Bədən Tərbiyəsi və İdman günü” münasibətilə rayonun idman  ictimaiyyəti  ilə  görüş  keçirmişdir
 “Bədən Tərbiyəsi və İdman günü” münasibətilə rayonun idman  ictimaiyyəti  ilə  görüş  keçirmişdir


Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin Şamaxı rayonu üzrə gənclər və idman sektoru 4 mart 2024-cü il tarixində YAP-nın Şamaxı Rayon Təşkilatının akt zalında “Bədən Tərbiyəsi və İdman günü” münasibətilə rayonun idman ictimaiyyəti ilə görüş keçirmişdir.

Keçirilən tədbirdə Şamaxı rayonu üzrə gənclər və idman sektorunun müdiri-Şahmar Hüseynov, YAP-ın Şamaxı Rayon Təşkilatının sədri-Tural Qasımlı, Beynəlxalq dərəcəli hakim, Şamaxı Rayon İcra Hakimiyyəti başçısının Şamaxı şəhəri inzibati ərazi dairəsi üzrə nümayəndəsi-Asif Şirəliyev, rayonda fəaliyyət göstərən idman yönümlü təşkilatların, klubların, federasiya və cəmiyyətlərin nümayəndələri, bədən tərbiyəsi və idman müəllimləri, veteran və yüksək nailiyyətlər qazanmış idmançılar iştirak etmişdir.

Tədbiri giriş sözü ilə açan Şamaxı rayonu üzrə gənclər və idman sektorunun müdiri Şahmar Hüsenov tədbir iştirakçılarını 5 mart bədən tərbiyəsi və idman günü münasibətilə təbrik etdi və Dövlət başçısı Cənab İlham Əliyevin 4 mart 2005-ci il tarixli Sərəncamına əsasən hər il martın 5-i Azərbaycanda “Bədən Tərbiyəsi və İdman günü” kimi qeyd olunmasını bildirdi. Ş.Hüseynov həmçinin son illər rayonda bədən tərbiyəsi və idman sahəsində görülən işlərdən danışdı və idmançılarımızın uğurları haqqında geniş məlumat verdi. Sonra isə Tural Qasımlı və Asif Şirəliyev mövzu ətrafında çıxış etdi və bütün idmançıları təbrik etdi.

Çıxışlar bitdikdən sonra rayonda bədən tərbiyəsi və idman sahəsində olan problemlər haqqında müzakirələr aparıldı, məşqçi-müəllimlər rayonda bədən tərbiyəsi və idman sahəsində olan mövcud problemlərdən danışdılar və bu sahədə öz təkliflərini bildirdilər.

Tədbirin sonunda ötən dövr ərzində bədən tərbiyəsi və İdman sahəsində fərqlənən bir qrup idmançılara fəxri fərman və təşəkkürnamələr təqdim olundu.

#Gənclərİdman #İdmanHəftəsi2024 #Azərbaycanİdmanı #AZEsport #SamaxiRGIS

  • Sosial şəbəkədə paylaş