Sizin reklam burada
Sizin reklam burada

”Sağlam bədəndə,sağlam ruh olar” devizi altında intelektual bilik yarışması keçirilib

04 mart 2024-cü il tarixdə İsmayıllı Uşaq Gənclər İnkişaf Mərkəzində Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin və Uşaq Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə “İdman Həftəsi “ çərçivəsinndə ”Sağlam bədəndə,sağlam ruh olar” devizi altında intelektual bilik yarışması keçirilib.

Tədbirdə DŞRGİİ-nin rəis müavini və idman sektor müdiri,UGİM-nin metodisti və dərnək müəllimləri, yeniyetmə və gənclər iştirak ediblər.

İlk öncə Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin və Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub və Dövlət Himni səsləndirilib.

Tədbirin keçirilməsində məqsəd yetişməkdə olan gənc nəsildə sağlam həyat tərzinə və idmana marağın artırılması, onları zərəli vərdişlərdən qorumaq, tarixi günlərin əhəmiyyətini onlar tərəfindən dərindən mənimsənilməsinə nail olmaq olub.

Gərgin keçən birincilikdə “Lider” komandası birinci yeri,”Şahinlər” komandası ikinci yeri və “Uğur” komandası üçüncü yeri qazanıblar.Qaliblərə DŞRGİİ-nin diplomları təqdim olunub.

#AZEgənclər #AZEidman #birkimibirlikdə #İdmanhəftəsi

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ