29 fevral 2024-cü il tarixdə İsmayıllı şəhər ərazisində Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “5 mart-Bədən Tərbiyəsi və İdman Günü” və “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar “İdman Həftəsi” çərçivəsində “İdman və Ekologiya” təmizlik aksiyası keçirilib.
Tədbirin məqsədi yetişməkdə olan gənc nəsildə sağlam həyat tərzinə və idmana marağın artırlması, tarixi günlərin qeyd olunması, təbiətimizi daim qorumağı və ona qayğı göstərməyi onlar tərəfindən dərindən mənimsənilməsi olub.
#AZEidman #İdmanHəftəsi #Birkimibirlikdə