Sizin reklam burada
Sizin reklam burada

"Tariximizin qanlı səhifəsi" adlı tədbir keçirilmişdir

23 fevral 2024 - cü il tarixdə Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin Ağsu rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə Ağsu şəhər 4 saylı tam orta məktəbdə "Xocalı Faciəsinin 32-ci ildönümü" ilə əlaqədar "Tariximizin qanlı səhifəsi" adlı tədbir keçirilmişdir.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlamışdır. Sonra isə Xocalı qurbanlarının, eləcə də ölkəmizin ərazi bütövlüyünün təmin olunması uğrunda şəhid olmuş soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Çıxışlar zamanı qeyd edilmişdir ki, 1992 - ci il fevral ayının 25-dən 26-a keçən gecə Xocalıda ermənilər tərəfindən dinc sakinlərə qarşı törədilən soyqırım tariximizin qanlı səhifələrindən biridir. Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanın Qarabağ bölgəsində işğalçılıq siyasəti həyata keçirən ermənilər tərəfindən xalqımıza qarşı etnik təmizləmə keçirilmişdir. Qarabağın azərbaycanlı əhalisi milli mənsubiyyətinə görə qətlə yetirilmişdir. Həmçinin qeyd edilmişdir ki, 2023 - cü ildə həyata keçirilmiş antiterror tədbirləri nəticəsində Xocalı və Qarabağın digər əraziləri də erməni işğalından tamamilə azad olunmuşdur və burada erməni separatizminə son qoyulmuşdur. Bundan sonra işğaldan azad olunmuş digər ərazilər kimi Xocalıda da yenidənqurma işləri həyata keçirilir və tezliklə Xocalı sakinləri öz doğma yurdlarına geri qayıdacaqlar.
Tədbirdə məktəbin şagirdləri tərəfindən vətənpərvərlik mövzusunda şeirlər səsləndirilmişdir.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ