Sizin reklam burada
Sizin reklam burada

"Voleybol hamı üçün" devizi altında məşğələ keçirilmişdir

09 fevral 2024-cü il tarixdə Polad Mirzəyev adına Ağsu şəhər 5 saylı tam orta məktəbdə Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin Ağsu rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə "İdman hamı üçün" layihəsi çərçivəsində "Voleybol hamı üçün" devizi altında məşğələ keçirilmişdir.
Məşğələ zamanı məşqçi-müəllim Ziyad Kazımlı idmançılara voleybol idman növü ilə bağlı bilik və bacarıqlarını artırmaları üçün tövsiyə və tapşırıqlar vermişdir.
Məşğələnin keçirilməsində məqsəd gənclər arasında sağlam həyat tərzinin təbliği, rayonda voleybol idman növünə marağın artırılması və potensiallı voleybolçuların aşkara çıxarılması olmuşdur.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ