Sizin reklam burada
Sizin reklam burada

“20 Yanvar-Ümumxalq Hüzn Günü” nə həsr olunmuş esse müsabiqəsi keçirilib

19 yanvar 2024-cü il tarixdə İsmayıllı rayon Heydər Əliyev Mərkəzində , Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin, Dağlıq Şirvan Regional Təhsil İdarəsinin İsmayıllı sektorunun və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “20 Yanvar-Ümumxalq Hüzn Günü” nə həsr olunmuş esse müsabiqəsi keçirilib.
Tədbirin keçirilməsində əsas məqsəd “20 Yanvar şəhidləri”nin xatirəsinin yad edilməsi, gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsinin inkişaf etdirilməsi, onların bilik və bacarıqlarının qiymətləndirilməsi ilə istedadların üzə çıxarılması olub.
Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Nəsimi Teymurov, Dağlıq Şirvan Regional Gənclər və Idman İdarəsinin əməkdaşları Rəvanə Firudinli və Mehriban Zeynalova, Heydər Əliyev Mərkəzinin direktoru Mayıl Fərəcov, Dağlıq Şirvan Regional Təhsil İdarəsi İsmayıllı təhsil sektorunun metodisti Ülviyyə Zeynalova, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı İsmayıllı rayon komitəsinin sədri Hafiz Kərimov, və məktəblilər iştirak ediblər.
Müsabiqənin keçirilməsindən öncə “20 Yanvar şəhidləri”nin, canlarını fəda etmiş vətən övladlarının, eyni zamanda Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhadətə yüksəlmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Daha sonra söz çıxışçılara verilib. Çıxış edənlər 20 yanvar tarixi faciəsinin Azərbaycan xalqının və dövlətinin tarix salnaməsində qoyduğu ağrılı izlərindən, o kədərli günlərin nəticəsində bütöv müstəqilliyimizdən, qalib xalqın zəfərindən danışaraq ,məktəbli şagirdlərə vətənpərvərlik və millətçilik ənənələrimizin qorunub saxlanmasından, qan yaddaşımızın isə əsla unudulmamasından söz açıblar.
Müsabiqənin qalibləri müəyyən edildikdən sonra təşkilat komitəsi tərəfindən diplomlarla mükafatlandırılacaqlar.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ