13 dekabr 2023-cü ildə İsmayıllı rayon Olimpiya İdman Kompleksində Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin, İsmayıllı Olimpiya İdman Kompleksinin və Azərbaycan Minifutbol federasiyasının birgə təsdiq etdiyi əsasnaməyə uyğun olaraq Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş məktəblilər arsında minifutbol idman növü üzrə İsmayıllı rayon birilciliyinə start verildi.
İlk öncə Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin və Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
Tədbirin keçirilməsinin məqsədi Ümummilli Lider Heydər Əliyevin xatirəsinin gənclər tərəfindən daim yad edilməsi, minifutbol idman növünə marağın artırılması, gənclər arasında sağlam həyat tərzinin təbliğ edilməsi və onların zərərli vərdişlərdən uzaq olması olub.
Tədbiri açıq elan edən Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov iştirakçıları salamlayaraq keçirilən yarışın təqdiredici və vacib olduğunu vurğulayıb, belə tədbirlərin davamlı olaraq keçirilməsini qeyd etmiş və eyni zamanda ədalətli və sağlam mübarizənin təmin edilməsi istiqamətində iştirakçılara uğurlar Tədbirdə DŞRGİİ-nin rəisi və əməkdaşları, İsmayıllı İOK-nin direktoru, məktəblərin fiziki tərbiyə müəllimləri və şagirdlər iştirak etmişdir.
Maraqlı və gərgin keçən birinciliyinə 14 dekabr 2023-cü ildə yekun vurulacaq. Qalib komandalara DŞRGİİ-nin kubok və diplomları təqdim olunacaq.