Sizin reklam burada
Sizin reklam burada

“Xəmsə” Milli İntellektual Oyunu keçirilib

30 oktyabr 2023-cü il tarixdə İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin və Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli”nə həsr olunmuş “Xəmsə” Milli İntellektual Oyunu keçirilib.
Tədbirdə İDHTK-nin direktoru Kəmalə Süleymanova, müəllim kollektivi, TGT üzvləri, DŞ Regional Gənclər və İdman İdarəsinin əməkdaşları və tələbələr iştirak ediblər.
Tədbirin keçirilməsində əsas məqsəd Heydər Əliyevin xatirəsinin yad edilməsi, tələbələrin dünyagörüşünün genişləndirilməsi və biliklərinin artırılması olub.
Tədbir ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilməsi ilə başlanılıb. Daha sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhadətə ucalmış Vətən müharibəsi şəhidlərinin əziz və əbədi xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbir iştirakçıları həmçinin tələbələrin iştirak etdiyi yarışı yüksək qiymətləndirib və rayon gənclərinin də bu kimi yarışlarda daim fəal olaraq iştirak etmələrini tövsiyə ediblər.
Xəmsə” Milli intellektual Oyununun nəticələrinə görə I yeri Zirvə komandası, II yeri Əfsanə komandası, III yeri Meşəbəylər komandası qazanıb.
Qalib komandalar təşkilatçılar tərəfindən öncədən hazırlanmış diplom və fəxri fərmanlarla təltif olunublar.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ