Sizin reklam burada
Sizin reklam burada

Avro-2024: 2 azarkeş öldürüldü, millimizin rəqiblərinin oyunu yarımçıq qaldı

Avro-2024: 2 azarkeş öldürüldü, millimizin rəqiblərinin oyunu yarımçıq qaldı



Avro-2024-ün seçmə mərhələsi çərçivəsində keçirilən Belçika - İsveç matçında ciddi insident yaşanıb.

Publika.az xəbər verir ki, ilk hissə başa çatdıqdan sonra qarşılaşma yarımçıq qalıb. Buna səbəb Brüsseldə keçirilən oyundan öncə 2 isveçli azarkeşin qətlə yetirilməsi olub. Fasilədə hadisədən xəbər tutan isveçli oyunçular ikinci hissədə meydana çıxmamamaq qərarına gəliblər.

Belçikalı futbolçu lar həmkarlarının qərarını dəstəklədiklərindən UEFA nümayəndəsi oyunu dayandırmaq qərarına gəlib. Stadionun mühafizə xidməti isə təhlükəsizlik tədbirləri alaraq azarkeşlərdən yerlerini tərk etməmələrini tələb edib.

Qeyd edək ki, Belçika və İsveç yığmaları millimizlə eyni, F qrupunda mübarizə aparır.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ