Sizin reklam burada
Sizin reklam burada

Azərbaycan güləşçisi ardıcıl ikinci dəfə dünya çempionu olub

Azərbaycan güləşçisi ardıcıl ikinci dəfə dünya çempionu olub


Azərbaycanın çimərlik güləşçisi İbrahim Yusubov ardıcıl 2-ci dəfə dünya çempionu olub.

“Report” xəbər verir ki, o, Türkiyənin Muğla bölgəsinin Sarıgerme qəsəbəsində keçirilən yarışda buna nail olub.

İ.Yusubov 90 kq çəki dərəcəsində Dünya Seriyasının Final mərhələsində gümüş medal qazanıb. Seriyanın 5 mərhələsinin yekununa əsasən, hamıdan çox xal toplayan güləşçi dünya çempionu titulunu qoruyub.

Əvvəlki dünya çempionatlarında qızıl və gümüş medal qazanmış Oyan Nəzəriani (+90 kq) medal kolleksiyasını tamamlayıb. O, bu dəfə bürünc mükafata sahib çıxıb. Ramiz Həsənov (70 kq) isə yekunda 4-cü yeri tutub.

Qeyd edək ki, çimərlik güləşi üzrə millinin baş məşqçisi kimi fəaliyyət göstərən Oyan Nəzəriani bu yarışda idmançı karyerasını başa vurub.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ