10-11 oktyabr 2023-cü il tarixlərində Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin Qobustan rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə milli idman növü olan nərd üzrə rayon çempionatı keçirilib.
İdarə, təşkilat və müəssisələrdən 14 nəfərin iştirak etdiyi yarışın məqsədi əhali arasında milli idman oyunlarına marağın artırılması və asudə vaxtın səmərəli təşkilidir.
Çempionat kubok sistemi üzrə keçirilmiş və Qobustan Gənclər evi SXM-nin əməkdaşı Murad Hacırzalının qələbəsi ilə nəticələnmişdir. Ramin Məmmədov və Rauf Ağaquliyev müvafiq olaraq 2-ci və 3-cü yerə çıxmışlar.
Qaliblərə Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin müvafiq diplomları təqdim edilmişdir.