Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin,Azərbaycan Üzgüçülük Federasiyasının və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə 2 sentyabr 2023-cü il tarixdə Mingəçevir Kür Olimpiya Tədris İdman Mərkəzində təşkil olunan “Kürü keçək” açıq suda üzmə yarışında İsmayıllı rayonundan olan həvəskar üzgüçülər iştirak edərək 300 m məsafəni uğurla qət edib və nazirlik tərəfindən həvəsləndirici medalla təltif ediliblər.
Qeyd edək ki,həvəskar idmançılar öncədən könüllü olaraq qeydiyyatdan keçərək Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin dəstəyi ilə yarışda iştirak ediblər.