“Həm Türkiyə, həm də “Sivasspor” üçün qazanmaq çox önəmli idi”.
“Sporx”in məlumatına görə, bu sözləri UEFA Avropa Liqasının qrup mərhələsinin üçüncü turunda “Qarabağ”ı 2:0 hesabı ilə məğlub edən “Sivasspor” komandasının baş məşqçisi Rıza Çalımbay deyib.
“Qrupda hər oyun qol vurduq, problem yaşamadıq. Bu oyuna yaxşı köklənmişdik. Sona yaxın yorğunluq ortaya çıxdı. 5 gün ərzində 2 qarşılaşma keçirdik. Sabah və ondan sonrakı gün yüngül məşq edəcəyik, sonra isə “Qalatasaray”la qarşılaşma olacaq. Bu temp yorucu olur”, - deyə R.Çalımbay bildirib.
Təcrübəli baş məşqçi bildirib ki, heyət tam olsaydı, “Vilyareal” qarşılaşmasının nəticəsi də başqa cür ola bilərdi.
“Qalatasaray”la qarşılaşmadan sonra fasilə bizə müsbət təsir edəcək. İki gündən bir oyun oynamaq asan deyil, bəzən istəmədiyimiz şeylər olur. 21 oyunçu yazdırmışıq, zədəlilərin əvəzinə heyətə əlavələr də edə bilmirik. Bizə gələn hər kəs qapanır, ona görə biz də qapandıq. Səfərdə yaxşı oynayırıq. Səfərdə hər kəsi məğlub edə bilərik. “Vilyareal”la qarşılaşmanı da bilmək olmaz”, - deyə R.Çalımbay qeyd edib.