Argentina millisinin və İspaniya "Barselona"sının kapitanı Lionel Messi ölkəsinə maddi yardım göstərib.
Report xəbər verir ki, 33 yaşlı hücumçu koronavirusla mübarizə fonduna 500 min avro ianə edib.
Bu vəsait tibb işçiləri üçün qoruyucu avadanlıq, istehlak materialları və süni nəfəs aparatlarının alınmasına xərclənəcək.
Qeyd edək ki, Argentinada virusa ümumi yoluxanların sayı 6 034 nəfərə, ölənlərin sayı isə 305-ə çatıb.