Rusiya Kosovoya dair BMT Təhlükəsizlik Şurasının 1244 saylı qətnaməsinin yerinə yetirilməsinə nail olmaq üçün qətiyyətlə çalışacaq.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Yekaterina Forumunda çıxışı zamanı bildirib.
Diplomatın sözlərinə görə, Moskvanın Belqradın mövqeyini müdafiə etməsi iki xalq arasında mövcud olan ortaq tarix və çoxəsrlik əlaqələrlə sıx bağlıdır.
Zaxarova qeyd edib ki, gənclər bəzən Serbiyanın Kosovoya suverenliyini təsbit edən sənədin müdafiəsinə niyə bu qədər önəm verildiyini anlamırlar. Onun fikrincə, bunun cavabı Rusiya-Serbiya qardaşlığının dərin tarixi köklərindədir.
“Biz bu qətnamənin müdafiəsində dayanacağıq, çünki hazırda uğrunda mübarizə apardığımız dəyərlər uğrunda bir neçə əsr əvvəl məhz serblər mübarizə aparırdılar”, - deyə Zaxarova vurğulayıb.

