“Mobil telefonlardan tez-tez istifadənin beyin şişlərinə səbəb olduğunu təsdiqləyən elmi sübutlar yoxdur”.
Bunu rusiyalı onkoloq və kimyaterapevt Rasul Axmayev bildirib.
O, xərçəngin genetik modifikasiya olunmuş məhsullardan yarandığı fikrini də təkzib edib.
Həkim bildirib ki, şəkərli diabet bəzi xərçəng növlərinin inkişaf riskini artıra bilər. Lakin sağlam insanın şəkər istehlak etməsi özlüyündə şiş yaranacağı anlamına gəlmir.
Onkoloq xərçəngin yalnız yaşlı insanlarda rast gəlindiyi və həmişə ölümlə nəticələndiyi fikrinin də yanlış olduğunu vurğulayıb: “Xəstəlik gənclərdə də aşkarlana bilər. Müalicənin uğuru isə əsasən şişin hansı mərhələdə müəyyən edilməsindən asılıdır”.
Mütəxəssisin sözlərinə görə, xərçəngin bəzi növlərini erkən mərhələdə 90-95 faiz hallarda müalicə etmək mümkündür.

