Kürdüstan muxtar bölgəsinin paytaxtı Ərbil eskalasiyanın başlanğıcından bəri 70-dən çox raket və silahlı dron hücumuna məruz qalıb.
Bu məlumatı İraqın xarici işlər naziri Fuad Hüseyn BƏƏ-nin xarici işlər naziri Abdullah bin Zayed ən-Nəhyanla telefon danışığı zamanı qeyd edib.
Hüseyn hazırkı münaqişədə Bağdadın çətin vəziyyətdə olduğunu deyib və bildirib ki, İraq regional münaqişədə iştirak edən müxtəlif tərəflərin hücumuna məruz qalır.
Onun sözlərinə görə, Kürdüstandan əlavə, ölkənin cənub və qərbindəki hədəflərə də zərbələr endirilib.
