Sizin reklam burada
Sizin reklam burada

Tramp Starmerdən küsüb: İrana qarşı bu adadan istifadəni qadağan etdiyi üçün

Tramp Starmerdən küsüb: İrana qarşı bu adadan istifadəni qadağan etdiyi üçün


ABŞ prezidenti Donald Tramp Britaniyanın baş naziri Kir Starmerin İrana hücumlar üçün Dieqo Qarsiya adasından istifadəni qadağan ediyinə görə çox məyus olub.

O, bu barədə "The Telegraph" qəzetinə danışıb.

Tramp qeyd edib ki, Starmerin ABŞ hərbçilərinin Çaqos arxipelaqındakı bir adadakı bazadan istifadə etməsinə icazə verməməsi ölkələr arasında əvvəllər baş vermiş heç bir hadisəyə bənzəmir.

Bildirilir ki, Dieqo Qarsiya qalmaqalı Trampı baş nazirin Çaqoşla bağlı "mübahisəli razılaşması"na dəstəyini geri çəkməyə məcbur edib. Bu razılaşma Hind okeanı ərazisinin mülkiyyətini Mavrikiyə verəcəkdi.

ABŞ prezidenti qeyd edib ki, Starmer Dieqo Qarsiyanın hərbi istifadəsini dəstəkləməli idi, çünki İranın əlində çoxlu sayda britaniyalı əziyyət çəkib.

"Partladılmış, əlləri, ayaqları və üzü olmayan insanlar var. Onların 95 faizi iranlı idi. Bu dəhşətli hadisələrə İran səbəb olub", - Tramp vurğulayıb.

Xatırladaq ki, bundan əvvəl ABŞ İrana zərbələr endirmək üçün Dieqo Qarsiya və Ferford Hərbi Hava Qüvvələri bazalarından istifadə etməyi planlaşdırıb. Lakin London lazımi icazəni verməyib. Məlumata görə, buna səbəb hüquqi nəticələrlə bağlı narahatlıqlar olub.

  • Sosial şəbəkədə paylaş