Rusiya prezidenti Vladimir Putin Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ilə telefon danışığı aparıb.
Bu barədə Kreml məlumat yayıb.
Bildirilir ki, iki lider İsrail və ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarından, eləcə də Tehranın cavab zərbələrindən sonra bölgədə vəziyyətin kəskin şəkildə gərginləşməsini müzakirə ediblər. Hər iki lider atəşkəsin vacibliyini vurğulayıb.
Söhbət zamanı Putin həmçinin Tehrana müvafiq siqnalları çatdırmağa və lazım gələrsə, Yaxın Şərqdəki vəziyyətin sabitləşməsinə kömək etməyə hazır olduğunu bildirib.

