ABŞ və İsrailin İrana zərbələri çərçivəsində bu ölkəyə qarşı kütləvi kiberhücum da həyata keçirir.
Bu barədə "Politico" Yaxın Şərq təhlükəsizlik sektorundakı mənbəsinə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, zərbələr İranın ali liderinin adətən yaşadığı binalar kompleksini, yüksəkrütbəli İran hərbçilərinin yerləşdiyi obyekti, digər hərbi və strateji obyektləri hədəfə alıb.
Xatırladaq ki, İsrail səhər saatlarından başlayaraq İranın şəhərlərini vurmağa başlayıb. Xarici KİV İran prezidentinin iqamətgahı, nazirliklərin binaları və kəşfiyyat qərargahı da daxil olmaqla xeyli sayda hədəfə zərbə endirildiyini yazıb. İran mediası və sosial şəbəkələrdə isə partlayışlara dair videolar yayılır.
ABŞ-da öz növbəsində İrana hücumlarda iştirak etdiyini rəsmən təsdiqləyib. İranın isə raketlərlə hücumlara cavab verir.

