Sizin reklam burada
Sizin reklam burada

Xamenei öldürüldü? – İran lideri ilə bağlı müəmma

Xamenei öldürüldü? – İran lideri ilə bağlı müəmma



İrana endirilən zərbələr nəticəsində dini lider Xameneinin qərargahı darmadağın edilsə də, onun öldüyü hələ də sual altındadır. Çünki ABŞ hərbi qüvvələrini İran ətrafında cəmləməyə başladıqdan sonra Xamenei əsasən bunkerdə gizlənirdi. Bu baxımdan, onun qərargahda olması ehtimalı azdır.
Xameneinin öldürülməsi hər zaman riskli addım kimi qiymətləndirilib, xüsusilə proksi qüvvələrin “cihad” elan etməsi fonunda. Onun postunda qalması isə rejimin ömrünü uzadır, ümumiyyətlə problemin həllini çətinləşdirir.
İstisna deyil ki, Xamenei özündən sonra varislik məsələsini hazırlayıb. Lakin bu planın sakitlik dövründən fərqli olaraq, bombalar altında həyata keçirilməsi çətindir, rejim daxilində post-Xamenei dövrü ilə bağlı fikir ayrılıqlarının olması da bu fikri gücləndirir. Bu kontekstdə hərbi əməliyyatların davam etdiyi müddətdə Xamenei potensial hədəf olacaq.

  • Sosial şəbəkədə paylaş