Sizin reklam burada
Sizin reklam burada

ABŞ iranlı rəsmiləri vuracaq: Hücum planlaşdırılır...

ABŞ iranlı rəsmiləri vuracaq: Hücum planlaşdırılır...


ABŞ İrandakı etirazlar zamanı nümayişçilərin ölümündə günahkar bildiyi yüksək vəzifəli iranlı rəsmilər və komandirlərə qarşı hədəfli hücumlar həyata keçirməyi planlaşdırır.

Bu barədə “Middle East Eye” mənbəyə istinadla məlumat yayıb.

Mənbə hücumların bu həftənin əvvəlində baş verə biləcəyini bildirib:

“Lakin zərbənin vaxtı dəyişə bilər. ABŞ prezident administrasiyası daxilində aparılan söhbətlərə əsasən belə bir nəticəyə gəlmək olar ki, Tramp Tehranda rejim dəyişikliyi istəyindən əl çəkməyib”.

  • Sosial şəbəkədə paylaş