Ukrayna ordusu Rusiyanın Krasnodar bölgəsindəki “Tamannefteqaz” neft terminalına zərbələr endirib.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Məlumata görə, Krımdakı hava hücumundan müdafiə qurğuları, o cümlədən Evpatoriya bölgəsindəki və digər yaşayış məntəqələrindəki radar stansiyaları da zərbələrə məruz qalıb. Xerson bölgəsindəki PUA anbarı, komanda məntəqəsi, sursat anbarı və Donetskdəki canlı qüvvələrə də zərbələr endirilib.
