Sizin reklam burada
Sizin reklam burada

Ermənilərin təhvil verilməsinə AB-dən - Reaksiya

Ermənilərin təhvil verilməsinə AB-dən - Reaksiya


Avropa Birliyi (AB) Azərbaycanın Vaqif Xaçatryan, Gevorq Sujyan, David Davtyan və Vigen Euljekyanı Ermənistana təhvil verməsini alqışlayıb.

Bu barədə AB-nin xarici siyasət və təhlükəsizlik xidmətinin rəsmi nümayəndəsi Anita Hipper X hesabında yazıb.

“Bu, Ermənistan və Azərbaycan arasında sülh prosesində irəliyə doğru atılmış mühüm addımdır. AB iki ölkə arasında gələcək müsbət addımları dəstəkləməyə davam edəcək”, - o qeyd edib.

Bundan başqa, AB-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono da Azərbaycanın Vaqif Xaçatryan, Gevorq Sujyan, David Davtyan və Vigen Euljekyanı Ermənistana təhvil verməsini alqışlayıb.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ