Tramp müşavirlərinə bildirib ki, ABŞ-ın İrana qarşı istənilən hərbi əməliyyatı sürətli, qətiyyətli olmalı və uzunmüddətli müharibənin qarşısını almalıdır.
Bu barədə “NBC Nyus” anonim mənbələrə istinadla məlumat yayıb.
“Məsləhətçilər zərbənin İran rejimini tez bir zamanda çökdürəcəyinə zəmanət verə bilməyiblər. Bu da qisas və ABŞ-ın bölgədəki hazırlığı ilə bağlı narahatlıqlar yaradır.
Nəticədə, Tramp genişmiqyaslı əməliyyat əvəzinə, məhdud və ya hədəflənmiş zərbələri nəzərdən keçirə bilər. Eyni zamanda gərginləşmə variantlarını açıq saxlaya bilər. Hələlik heç bir qərar verilməyib”, - məlumatda bildirilib.
