Sizin reklam burada
Sizin reklam burada

Ukraynaya sülhməramlılar yerləşdiriləcək - BƏYANNAMƏ

 Ukraynaya sülhməramlılar yerləşdiriləcək - BƏYANNAMƏ

Ukrayna Prezidenti Volodimir Zelenski, Böyük Britaniyanın Baş naziri Kir Starmer və Fransa Prezidenti Emmanuel Makron Parisdə münaqişənin bitməsindən sonra Ukraynaya çoxmillətli qüvvələrin yerləşdirilməsi ilə bağlı bəyannamə imzalayıblar.

Bu barədə Polşanın Baş naziri Donald Tusk Parisdə "könüllülər koalisiyası" liderlərinin görüşündən sonra jurnalistlərə məlumat verib.

Tuskun sözlərinə görə, hər bir ölkədən konkret zəmanətlər üzrə razılaşmalar hələlik yalnız layihə mərhələsindədir. Vaşinqtonun Kiyev, London və Parisin qərarını dəstəkləyib-dəstəkləmədiyi bəlli deyil.

Polşa Baş naziri qeyd edib ki, yanvar ayının sonuna qədər "könüllülər koalisiyası" ilə ABŞ arasında Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı ortaq mövqe formalaşdırıla bilər.


  • Sosial şəbəkədə paylaş