Sizin reklam burada
Sizin reklam burada

Ukrayna üçün TARİXİ AN - Həmin sənəd imzalandı

 Ukrayna üçün TARİXİ AN - Həmin sənəd imzalandı

"Könüllülər koalisiyası"nın üzvləri ABŞ-dan dəstək alan Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı çərçivə sənədini təqdim ediblər.

Bu barədə ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkov "X" sosial media platformasında məlumat verib.

O qeyd edib ki, Vaşinqton güclü təhlükəsizlik zəmanətlərinin və iqtisadi öhdəliklərin davamlı sülhün açarı olduğu yanaşması ilə razıdır.

ABŞ-ın xüsusi nümayəndəsi açıqlamasında bildirib ki, "koalisiya həmçinin təhlükəsizlik zəmanətləri üçün çərçivə arxitekturasını müəyyən edən sənəd yayımlayıb".

Yanvarın 6-da Parisdə "könüllülər koalisiyası"nın zirvə görüşü keçirilir. Zirvə toplantısına Fransa Prezidenti Emmanuel Makron, Böyük Britaniyanın Baş naziri Kir Starmer, digər Avropa liderləri, NATO-nun baş katibi Mark Rutte və alyansın Avropadakı ABŞ qüvvələrinə komandanlıq edən hərbi elçisi Aleksus Qrinkeviç daxildir.

ABŞ-ı Prezidentin xüsusi elçisi Stiv Uitkov və Ağ Ev rəhbərinin kürəkəni Cared Kuşner təmsil edir . Ukraynanı isə sammitdə Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov, Volodimir Zelenskinin yeni ofis rəhbəri Kirilo Budanov və Xalqın Xidmətçisi fraksiyasının rəhbəri David Araxamia təmsil edir.


  • Sosial şəbəkədə paylaş