Sizin reklam burada
Sizin reklam burada

İranda aksiyalar zamanı ölənlərin və həbs edilənlərin sayı bilindi

 İranda aksiyalar zamanı ölənlərin və həbs edilənlərin sayı bilindi

İranda həftə ərzində iğtişaşlarda ən azı 16 nəfər öldürülüb.

Bu barədə İranda fəaliyyət göstərən "HRANA" hüquq təşkilatı məlumat yayıb.

Məlumata görə, 582 nəfər isə həbs edilib.

Qeyd edək ki, İranda inflyasiya və milli valyutanın dollara nisbətdə rekord həddə kəskin ucuzlaşması nəticəsində böyük etiraz aksiyaları keçirilir. Nümayişçilərlə təhlükəsizlik qüvvələri arasında toqquşmalar baş verir.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ