Sizin reklam burada
Sizin reklam burada

Türkiyə və Ermənistan arasında viza proseduru asanlaşdırılır

 Türkiyə və Ermənistan arasında viza proseduru asanlaşdırılır

Türkiyə ilə Ermənistan arasında diplomatik, xidməti və xüsusi pasport sahibləri üçün viza prosedurunun asanlaşdırılması barədə qərar qəbul edilib.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu, normallaşma prosesi üzrə xüsusi nümayəndələr arasında əldə olunmuş razılaşma çərçivəsində atılan addımdır.

Hər iki ölkənin diplomatik, xidməti və xüsusi pasport sahibləri 2026-cı il yanvarın 1-dən etibarən ödənişsiz şəkildə elektron viza (e-viza) ala biləcəklər.

Bununla da Türkiyə və Ermənistan iki ölkə arasında normallaşma prosesini heç bir ön şərt irəli sürmədən davam etdirmək öhdəliklərini bir daha təsdiqləyiblər.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ