
ABŞ prezidenti Donald Tramp ukraynalı həmkarı Vladimir Zelenskini Florida ştatının Mar-a-Laqo şəhərindəki şəxsi iqamətgahında qəbul etdiyi barədə məlumat vermişdik.
Ukrayna münaqişəsinin həllinə həsr olunmuş görüş təxminən iki saat davam edib. Bundan əvvəl Tramp Rusiya prezidenti Vladimir Putinlə bir saatlıq telefon danışığı aparıb.
Görüşdən sonra liderlər jurnalistlərə müraciət ediblər. Tramp bildirib ki, Putin Ukraynanın çiçəklənməsini istəyir.
"Rusiya Ukraynanın uğurlu olmasını istəyir. Bu, qəribə görünə bilər, amma Putin bu barədə çox səmimi idi", - deyə o bildirib.
O əlavə edib ki, Rusiya həmçinin Ukraynanın yenidən qurulmasına kömək etməyə və respublikanı aşağı qiymətlərlə enerji ilə təmin etməyə hazırdır.
Ağ Ev rəhbəri vurğulayıb ki, Putin bu məsələdə "çox böyük səxavət" göstərib.
