Sizin reklam burada
Sizin reklam burada

Türkiyənin hava məkanını pozan PUA VURULDU

 Türkiyənin hava məkanını pozan PUA VURULDU

Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus F-16 təyyarələri ölkənin hava məkanına daxil olan pilotsuz uçuş aparatını (PUA) məhv edib.

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Qara dənizdə Türkiyənin hava sahəsini pozan PUA-nın “izi” aşkarlanıb. Sözü gedən dronun nəzarətdən çıxdığı müəyyən olunub.

Arzuolunmaz insidentin qarşısının alınması məqsədi ilə PUA yaşayış məntəqələrindən uzaq ərazidə qırıcılar tərəfindən vurularaq endirilib.


  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ