
BMT Təhlükəsizlik Şurasının (TŞ) dekabrın 9-da Ukrayna ilə bağlı açıq iclası keçiriləcək.
Bu barədə BMT-yə sədrlik edən Sloveniyanın BMT yanında Daimi Nümayəndəliyinin mətbuat xidməti məlumat yayıb.
Görüşün yerli vaxtla saat 10:00-da (Bakı vaxtı ilə 19:00) başlaması planlaşdırılır.
Qeyd edək ki, görüşü Sloveniya, həmçinin Danimarka, Fransa, Böyük Britaniya, Yunanıstan və Koreya Respublikası öz milli statusunda tələb edib.
