
"Zaporojye AES və DNR-in (Donetsk Xalq Respublikası) statusu Ukrayna ilə bağlı nizamlanmada əsas məsələlər olaraq qalır".
Bunu ABŞ Prezidentinin xüsusi nümayəndəsi Kit Kelloq bildirib.
“Ola bilsin ki, hər şey bir neçə məsələyə dirənib - Donetsk və Zaporojye Atom Elektrik Stansiyası. Əgər biz bu iki məsələni həll etsək, düşünürəm ki, qalan hər şey kifayət qədər uğurla formalaşacaq”, - deyə o bildirib.
