
ABŞ dövlət katibi Marko Rubio Ukrayna münaqişəsinin həlli üzrə danışıqlarda əsas mübahisə məqamlarından birinin ərazi olduğunu bildirib.
O, bunu "Fox News"a müsahibəsində deyib.
Onun sözlərinə görə, söhbət təxminən 30–50 km-lik bir sahədən və hazırda Kiyev nəzarətində olan Donetsk Xalq Respublikasının 20%-lik hissəsindən gedir.
Gecə saatlarında Kremldə Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiv Uitkoff və onun kürəkəni Cared Kuşner arasında görüş başa çatıb. Tərəflər ABŞ-ın sülh planı üzrə kompromis tapa bilməyiblər. Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, əsas problem hələ də ərazi məsələsidir, baxmayaraq ki, bəzi amerika təklifləri “daha-çox qəbuledilən” səviyyədədir.
ABŞ və Rusiya nümayəndələri görüşün detalları açıqlanmamaq barədə razılığa gəliblər. Görüşdə həmçinin Rusiya prezidentinin xarici ölkələrlə investisiya-iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev iştirak edib; o, danışıqları məhsuldar adlandırıb.
