
İsrailli vəkil Ben Marmarelli İsrail həbsxanalarında baş verən işgəncə və pis rəftarı ifşa edib.
Marmarelli həbsxanalarda fələstinli məhbuslara qarşı münasibətdən danışıb.
Onun sözlərinə görə, ifrat sağçı daxili təhlükəsizlik naziri Ben-Qvirin təyin olunmasından bəri həbsxanalarda şərait daha da pisləşib və işgəncə halları artıb.
Marmarelli bildirib ki, 7 oktyabrda mühafizəçilər məhbusların bütün şəxsi əşyalarını, o cümlədən gigiyena məhsulları, yataq dəstləri və geyimlərini yığıblar.
"Onlar o vaxtdan bəri yalnız bir cüt paltar geyiniblər. Həyətə çıxmırlar. Günəş işığı görmürlər. Altı nəfərlik kamerada on iki nəfər yatır. Altı məhbus dəmir çarpayılarda, altısı isə yerdə yatır. Döşək yoxdur, yalnız paltarları var. Onlara cinsi istismar, fiziki şiddət tətbiq olunur".
