
ABŞ Ukraynadakı münaqişənin həlli üçün hər iki tərəfin mövqeyini nəzərə alan plan hazırlayır.
Bu barədə ABŞ dövlət katibi Marko Rubio "X" sosial media platformasında məlumat verib.
O qeyd edib ki, münaqişənin həlli üçün həm Moskva, həm də Kiyev “çətin, lakin zəruri güzəştlərə” getməlidir.
“Buna görə də biz hər iki tərəfin rəyinə əsaslanaraq bu müharibəyə son qoymaq üçün potensial təkliflərin siyahısını hazırlayırıq”, - Rubio yazıb.
