
Rusiya-Ermənistan yüksək səviyyəli dialoqda Sünikdən keçən “Tramp marşrutu” (Zəngəzur dəhlizi) məsələsi gündəmə gətirilir.
Bu barədə “Sputnik Ermənistan” radiosunun "Abovyan Time" proqramında Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin bildirib.
"Bu məsələ təbii ki, yüksək səviyyəli dialoq çərçivəsində qaldırılır. Yaxşı, hər halda, bu mövzu qaldırılmaya bilməz. Mən Ermənistan rəhbərliyinin bu məsələnin yalnız ABŞ-la müzakirə olunduğu barədə bəyanatlarını xatırlatmaq istərdim. Amma bu, vacib mövzudur və əlbəttə ki, bizim apardığımız dialoqda da öz əksini tapmaya bilməz", - deyə rusiyalı diplomat vurğulayıb.
O, həmçinin vurğulayıb ki, Moskvanın müxtəlif siyasi səviyyələrdə səslənən fundamental mövqeyi regionda real sülhə, vəziyyətin sabitləşməsinə və çiçəklənməyə aparan istənilən addımı dəstəkləməkdir.
"Tramp marşrutu" adlanan marşruta gəlincə, əməliyyat detalları və mexanizmləri haqqında daha konkret məlumat gözləyirik. Gəlin əvvəlcə bunun konkret olaraq nə olduğunu anlayaq", - Kopırkin vurğulayıb.
