Sizin reklam burada
Sizin reklam burada

Putin Təhlükəsizlik Şurasının üzvlərini topladı: Nə müzakirə olunub?

 Putin Təhlükəsizlik Şurasının üzvlərini topladı: Nə müzakirə olunub?

Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə brifinq keçirib.

Brifinqin əsas mövzulardan biri terrorla mübarizə tədbirlərinin gücləndirilməsi olub.

Görüş videokonfrans vasitəsilə keçirilib.

“Hörmətli həmkarlar! Bizim mahiyyətcə bir sualımız var və biz buna, belə demək mümkünsə, müxtəlif rakurslardan yanaşmalıyıq. Bu, antiterror tədbirlərinin gücləndirilməsini və təkmilləşdirilməsini nəzərdə tutur", - Putin görüşü açaraq deyib.

Kremlin mətbuat xidmətinin məlumatına görə, ilk olaraq FSB-nin direktoru Aleksandr Bortnikov hesabat verib.

İclasda təhlükəsizlik sektorunun və ölkə rəhbərliyinin əsas simaları ilə yanaşı, nəqliyyat naziri, energetika naziri, Moskva meri Sergey Sobyanin də iştirak edib.

  • Sosial şəbəkədə paylaş