Sizin reklam burada
Sizin reklam burada

Ermənistan ordusunun batalyon komandiri olmuş İşxan Vahanyana 16 il həbs cəzası verilib

 Ermənistan ordusunun batalyon komandiri olmuş İşxan Vahanyana 16 il həbs cəzası verilib

Ermənistanda məhkəmə 44 günlük müharibə zamanı Ermənistan ordusunun təlim batalyonunun komandiri olmuş mayor İşxan Vahanyana 16 il həbs cəzası verilib və o, rütbəsindən məhrum edilib.

 Vahanyan istintaq müddəti ərzində təxminən 4 il həbsdə olduğuna görə, o, daha 11 il 10 ay həsbxanada qalacaq.

Bildirilir ki, Vahanyan döyüş meydanını özbaşına tərk etmə, habelə ehtiyatsızlıqdan ölümə səbəb olma maddələri ilə təqsirli bilinib.

İttiham tərəfinin məlumatına görə, 44 günlük müharibə zamanı Vahanyanın batalyonu Hadrut yaxınlığında yerləşərkən o, yaralı olduğunu deyərək döyüş meydanını tərk edib və rabitə vasitələrini özü ilə aparıb.

İş materiallarına görə, nəticədə azı 16 hərbçi ölüb, 7 hərbçi əsir götürülüb.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ