Sizin reklam burada
Sizin reklam burada

Xocavənd və Xocalıya köç karvanı yola salındı

 Xocavənd və Xocalıya köç karvanı yola salındı

Xocavənd rayonunun Qırmızıbazar, Xocalı rayonunun isə Şuşakənd kəndinə köç karvanı yola salınıb.

Bu mərhələdə kəndlərə ümumilikdə 98 nəfərdən ibarət 25 ailə köçürülür.

Onlardan 10 ailə (39 nəfər) Qırmızıbazar, 15 ailə (59 nəfər) isə Şuşakənd kəndində məskunlaşacaq.

Qeyd edək ki, köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

  • Sosial şəbəkədə paylaş