Sizin reklam burada
Sizin reklam burada

BMT Baş Assambleyasının 80-ci sessiyası öz işinə başladı

 
BMT Baş Assambleyasının 80-ci sessiyası öz işinə başladı
BMT Baş Assambleyasının 80-ci sessiyası öz işinə başlayıb.




Sessiya “Birlikdə daha yaxşı: 80 il və daha çox sülh, inkişaf və insan hüquqları naminə” mövzusuna həsr olunub. Sessiyanın prezidenti Almaniyanın keçmiş xarici işlər naziri Annalena Berbokdur. Yüksəksəviyyəli debatlar sentyabrın 23-ü başlayacaq.




Qeyd edək ki, bu gün 79-cu sessiya rəsmi olaraq fəaliyyətini başa vurub. Əsas qətnamələrin qəbulu da daxil olmaqla, sessiyanın əsas işi sentyabrın 5-də yekunlaşıb. Sessiya 2024-cü ilin sentyabrından başlayaraq bir il müddətinə fəaliyyət göstərib.


  • Sosial şəbəkədə paylaş