Sizin reklam burada
Sizin reklam burada

Ermənistanın ŞƏT-ə üzv olmaq müraciəti bloklanıb? - Badalyan susmağa üstünlük verdi

 Ermənistanın ŞƏT-ə üzv olmaq müraciəti bloklanıb? - Badalyan susmağa üstünlük verdi

Ermənistan Xarici İşlər Nazirliyi (XİN) Pakistanın rəsmi İrəvanın Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv olmaq üçün müraciətini bloklaması ilə bağlı xəbərləri şərh etməməyə üstünlük verib.

XİN-in mətbuat katibi Ani Badalyan "Novosti-Armenia"ya məsələ ilə bağlı təfərrüatları açıqlamaqdan imtina edib.

"Hazırda prosesin təfərrüatlarına varmayacağıq, lakin deyə bilərəm ki, biz Ermənistanın üzvlük məsələsində kifayət qədər konstruktiv yanaşma və qarşılıqlı anlaşma görürük. Bu anlayışla biz təşkilatla qarşılıqlı faydalı tərəfdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində ŞƏT-ə üzv dövlətlərlə işi davam etdirəcəyik", - Badalyan deyib.

  • Sosial şəbəkədə paylaş